
BAKI, 25 mart. TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti Qəzzaya qarşı soyqırımı hücumlarına son qoyması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.
M.Abbas Ramallahda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə görüşüb.
"Beynəlxalq ictimaiyyət Qəzza zolağında xalqımıza qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq üçün işğalçı İsrail hökumətinə təzyiq göstərməlidir" - Fələstin prezidenti deyib.
Qəzzada davamlı atəşkəsin vacibliyini qeyd edən Abbas humanitar yardımların çatdırılması üçün Qəzzanın sərhəd qapılarının açılmasının vacibliyini vurğulayıb.