
BAKI, 24 mart. TELEQRAF
Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında ikinci görüş yekunlaşıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.
Məsləhətləşmələr iki saata yaxın davam edib.
Danışıqlarda Umerovdan başqa, prezident aparatının rəhbərinin müavini Pavel Palisa da iştirak edib. Amerika nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və Milli Təhlükəsizlik müşaviri Mayk Uols daxildir.