BAKI, 23 mart. TELEQRAF

Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentlik bildirir ki, Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtındakı hotellərdən birindəki danışıqlar otağını tərk edib. Prezident Volodimir Zelenskinin aparat rəhbərinin müavini Pavlo Palisa görüşlə bağlı şərh verməkdən imtina edib.

Danışıqların başlandığını bir saat yarımdan bir az əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov elan edib.