BAKI, 24 mart. TELEQRAF

"Qərbin Rusiya ilə münasibətləri qeyri-sabittdir. Kremlə qarşı siyasətimizdə ardıcıllığın olmaması münasibətlərə mənfi təsir göstərir".

Teleqraf xəbər verir ki, bunu İtaliya xarici işlər nazirinin müavini Edmondo Cirielli deyib.

“Mən düşünmürəm ki, Tramp hakimiyyətdə olanda müharibə olmayıb, lakin Bayden və Demokratlar hakimiyyətdə olanda müharibə olub” - Cirielli bildirib.

Onun sözlərinə görə, Rusiyaya fərqli yanaşmaq lazım idi.

“Təsadüfi deyil ki, Tramp hakimiyyətdə olanda müharibə olmayıb, Bayden və Demokratlar hakimiyyətdə olanda isə müharibələr olub. Odur ki, əvvəldən Rusiyaya başqa cür yanaşmaq lazım idi”, deplomat bildirib.