
BAKI, 25 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqları şərh edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.
Zelenski Moskva nümayəndələrini “müharibə komandası” adlandırıb.
"Dünən Amerika komandası ilə bizim aramızda görüş oldu. Bu gün ABŞ nümayəndələri "müharibə komandası" ilə - Rusiya nümayəndələri ilə görüş keçirdi. Bundan sonra Ukrayna və Amerika komandaları arasında daha bir görüş olacaq" - Zelenski bildirib.