BAKI. 25 mart. TELEQRAF

İstanbulun Saraçhane rayonunda icazəsiz aksiya zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsini təhqir edən şəxslər məsuliyyətə cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

"Saraçhanedə keçirilən aksiyadan sonra cənab Prezidentimizə, mərhum anasına və ailəsinə edilən alçaqca həqarətləri lənətləyirəm.

Bu, milli və mənəvi dəyərlərimizlə üst-üstə düşməyən aşağı səviyyəli hərəkətdir. Bu cür səviyyəsizliklərə əsıa göz yummayacağıq.

Polis dərhal hərəkətə keçib. 43 təxribatçı saxlanılıb. Digər şübhəlilərin də yaxalanması üçün axtarışlar davam etdirilir".