BAKI, 22 mart. TELEQRAF

Qərb Asiya və Cənubi Amerika ölkələrindən Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

“Ukrayna-Rusiya münaqişəsində Asiya və Cənubi Amerikadan sülhməramlı əsgərlər cəlb edilə bilər. Əsgərlərin Hindistan, Braziliya, İndoneziya və Səudiyyə Ərəbistanından cəlb olunacağı gözlənilir”, - nəşr bildirib.

Eyni zamanda, yuxarıda adı çəkilən sülhməramlılar Ukraynaya göndərilə biləcək kontingentlərdən yalnız birini təşkil edəcək. Müzakirə olunan plana əsasən, ikinci kontingent “istəklilər koalisiyası” deyilən, yəni NATO ölkələrinin bir hissəsindən ibarət olacaq. Onun Ukraynanın qərb sərhədində yerləşdirilməsi planlaşdırılır.