BAKI, 22 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı həkmkarı Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra yerli kilsəyə gedərək dua edib.

Teleqraf xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya lideri bunu səmimi şəkildə edib, çünki Tramp onun dostudur.

"O mənə danışdı, Taker, Tramp yaralananda o, kilsəyə gedib, rahiblə görüşüb və prezident üçün dua edib", - Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə əlavə olaraq qeyd edib ki, Putin Trampa hədiyyə də göndərib.

Rusiya dövlət başçısı həmkarına rus rəssamı tərəfindən çəkilmiş portret bağışlayıb.