BAKI, 22 mart. TELEQRAF

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinə Donald Trampın münasibətləri bərpa etmək istəyi ilə bağlı mesajını çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə xüsusi elçinin özü müsahibəsində bildirib.

Trampın xüsusi nümayəndəsi əlavə edib ki, buna cavab olaraq Putin də münasibətləri bərpa etməkdə maraqlı olduğunu bildirib.