
BAKI, 21 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin rusiyalı iş adamları ilə qapalı iclasda ABŞ-nin nikbin bəyanatlarına baxmayaraq, Ukrayna ilə tezliklə sülh sazişi olmayacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Faridaily"ə iclasda iştirak edən mənbə bildirib.
“Prezident bizə sadəlövh olmamağı və hazırda baş verən proseslərdə nə qədər qüvvənin maraqlarının olduğunu başa düşməyimizi tövsiyə etdi”, - görüş iştirakçılarından biri deyib.