
BAKI, 20 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı belaruslu həmkarına Amerika lideri Donald Trampla söhbətinin təfərrüatı, o cümlədən Ukraynadakı vəziyyət barədə məlumat verib.
Tərəflər həmçinin Belarus-Rusiya münasibətlərinin inkişafını, ölkələr arasında inteqrasiya məsələlərini, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər.
***
18:13
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb .
"Lukaşenko və Putin indicə telefonla danışıblar", - məlumatda qeyd olunur.
İki dövlət başçısının müzakirə etdiyi məsələlər hələlik açıqlanmayıb.