BAKI, 21 mart. TELEQRAF

Estoniya martın 31-dən etibarən Rusiya vətəndaşlarının biometrik olmayan pasportlarının tanınmasını dayandıracaq.

Teleqraf xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyi bəyan edib.

Departament vurğulayıb ki, Estoniyada və ya başqa bir Aİ ölkəsində yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən ruslar 2025-ci il sentyabrın 30-dək biometrik pasport almaq üçün müraciət etməlidirlər.

Bəyanatda qeyd edilib ki, Rusiya qeyri-biometrik pasportları müxtəlif təhlükəsizlik riskləri daşıyır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.