
BAKI, 20 mart. TELEQRAF
Slovakiyada Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutan petisiya Prezident Administrasiyası tərəfindən hökumətə təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qardaş üçün qardaş” vətəndaş birliyinin təşkil etdiyi təşəbbüs dörd ayda 450 mindən çox imza toplayıb. Bununla belə, petisiya hökumətin sanksiyalar siyasətinə yenidən baxmağa çağırışı kimi qiymətləndirilib.
Qeyd edək ki, Slovakiyada ən azı 350 min vətəndaşın imzası olduqda referendum təyin edilə bilər. Təşkilatçılar bütün qanunlara riayət etməklə yeni petisiya hazırlayırlar. Bu petisiya tezliklə baxılmaq üçün prezidentə təqdim olunacaq.