
BAKI, 20 mart. TELEQRAF
İspaniyanın cənubundakı Kordoba şəhərində hüquq-mühafizə orqanları İŞİD ilə əlaqədə şübhəli bilinən şəxsi həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İŞİD üzvü İspaniya Mülki Qvardiyası ilə Mərakeş təhlükəsizlik xidməti DGST (Direction Générale de la Surveillance du Territoire) arasında uğurlu əməkdaşlıq nəticəsində həbs edilib. Saxlanılan şəxsin internetdə İŞİD-i təbliğ etdiyi qeyd olunur" - deyə, məlumatda qeyd olunur.
Axtarış zamanı şübhəlinin üzərindən maddi sübutlar aşkar edilərək əlavə araşdırma üçün ekspertizaya göndərilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.