
BAKI, 20 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apara bilər.
Teleqraf xəbər verir ki, bu barədə Hürriyet qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, martin 16-da ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli və sülh danışıqlarının aparılması imkanlarını müzakirə edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə rusiyalı həmkarı Vladimir Putinlə danışa bilər.
Türkiyə dövlət başçısı Ağ Ev rəhbəri ilə danışıqlar zamanı Vaşinqtonun Ukrayna ilə bağlı səylərini dəstəklədiyini ifadə edib.