
BAKI, 17 mart. TELEQRAF
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, Vyanada baş tutan görüşdə İranın MAQATE ilə əməkdaşlığı, nüvə obyektlərinin təhlükəsizliyi, nüvə proqramı ətrafında son hadisələr və sanksiyaların ləğvi məsələləri müzakirə edilib.
Kazım Qəribabadi Rafael Qrossi ilə aparılan müzakirələri açıq və konstruktiv qiymətləndirib.