BAKI, 17 mart. TELEQRAF

Cəlilabad rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Cəlilabad rayonunun Privolnoye kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.