​BAKI, 13 mart. TELEQRAF

Finlandiya Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkaynen məlumat verib.

Finlandiyanın Baş naziri Petteri Orpo çərşənbə günü verdiyi açıqlamada ölkəsinin “istəkli koalisiyanın” müzakirələrində fəal iştirak etdiyini, lakin Ukraynada hər hansı sülhməramlı missiyada iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, martın 5-də Fransa Prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciətində Fransa və bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün təşkil olunacağını bildirmişdi. Görüşdə Avropa hərbi kontingentinin Ukraynada mümkün yerləşdirilməsi müzakirə ediləcək.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə NATO ölkələrinin hərbçilərinin Ukrayna ərazisində istənilən statusda və istənilən bayraq altında mövcudluğunu Rusiya üçün təhdid adlandırıb. Onun sözlərinə görə, Moskva bunu heç bir halda qəbul etməyəcək.