BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın komandası Ağ Evdəki qalmaqaldan sonra yekdilliklə Ukrayna lideri Volodimir Zelenski ilə danışıqların dayandırılmasını təkid edib

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals "Fox News" telekanalında danışıb.

"Biz faktiki olaraq yekdilliklə prezidentə məsləhət gördük ki, Oval kabinetdə belə təhqirdən sonra, sadəcə olaraq, necə irəli gedə biləcəyimizi bilmirik və bundan sonra hər hansı bir əlaqə geriyə doğru addım olar" - o deib.

Vals danışıqların və mineral ehtiyatlar haqqında sazişin bağlanmasını Ukrayna üçün müsbət inkişaf ola biləcəyini qeyd edib. Lakin o vurğulayıb ki, Zelenski döyüşləri dayandırmaq istədiyini açıq şəkildə bildirməməklə Trampı qəzəbləndirib.

ABŞ-nin milli təhlükəsizlik müşaviri əlavə edib ki, Ukrayna lideri ölkəsinə pis xidmət edib və onun davranışları qəbuledilməzdir.