BAKI, 21 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında videomüraciət yerləşdirib.

Teleqraf xəbər verir ki, Ukrayna lideri ön cəbhədəki vəziyyət və təchizatlarla bağlı müxtəlif məsul şəxslərin, o cümlədən Xarici kəşfiyyat idarəsi rəhbərinin məruzələrini dinlədiyini bildirib.

Zelenski deyib: "İşlər davam edir".

Prezident münaqişə zamanı Ukraynaya dəstək olan bütün tərəfdaşlarına minnətdarlıq edib. O bildirib ki, "Rusiya hərbi obyektlərinə və düşmən ölkənin infrastrukturuna" vurulan zərbələr barədə məruzələri dinləyib.

Zelenski qeyd edib ki, Ukraynanın müharibədə hər itirdiyi iki dolların əvəzində Rusiyaya 10 dollar zərər dəyir: "Bu, gərəkli dinamikadır. Gerçək sülh arzulaması üçün Rusiya müharibənin neçəyə başa gəldiyini anlamalıdır".