BAKI, 21 fevral. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Mark Ruttenin Ukrayna məsələsində sülh danışıqları prosesinə mane olmağa çalışdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı zamanı deyib.

“Bəzi NATO üzvləri Ruttenin bu yanaşmasını paylaşmır. Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu", -deyə söyləyib.

Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov, Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verildiyini bildirib: "Bunlar bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi".