
BAKI, 21 fevral. TELEQRAF
ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask danimarkalı astronavt Andreas Mogensenlə mübahisə edib.
Teleqraf xəbər verir ki, mübahisə "X" sosial şəbəkəsində baş verib.
Mask Beynəlxalq Kosmik Stansiyadakı amerikalı kosmonavtlar Barri Uilmor və Sunita Uilyamsı ittiham edib.
Milyonçu bildirib ki, onlar əvvəlki Amerika administrasiyasının qərarına əsasən, siyasi səbəblərə görə daha uzun müddətə kosmos stansiyada "ilişib qalıblar".
Cavab olaraq tarixdə Danimarkanın ilk astronavtı (o, 2015-ci ildə uçub) Mogensen həmin iddiaların yalan və əsassız olduğunu bildirib.
Mask danimarkalını təhqir edib, onu “axmaq” adlandırıb və başqa daha nalayiq sözlər işlədib.
“Siz də mənim kimi bilirsiniz ki, astronavtlar planlaşdırıldığı kimi keçən sentyabrdan qayıdacaqlar... İndi də onları evə gətirmək üçün xilasedici gəmi göndərmirsiniz". Mogensen cavabında "Onlar Əjdaha kapsulunda qayıdırlar" deyib.