
BAKI, 21 fevral. TELEQRAF
Bu ilin mart ayında Rusiyanın 30 regionunda meşə yanğınları başlaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə Federal Meşə Təsərrüfatı Agentliyi və Aviasiya Meşə Mühafizəsi Xidməti məlumatlar yayıb.
Ehtimal olunan yanğınlara səbəb kimi yağışın və qarın az yağması göstərilir.
Ən yüksək yanğın riski Mərkəzi, Cənub, Volqa, Şimali Qafqaz federal dairələrində, eləcə də Uzaq Şərqdə müşahidə olunur. Bu federal dairələrin bölgələrində qeyri-adi dərəcədə az qarlı qış yaşanıb.