
TBİLİSİ, 21 fevral. TELEQRAF
“İlk səfərim Azərbaycana olmalıdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Real Tv”yə müsahibəsində deyib.
O, Azərbaycana səfərini səbirsizliklə gözlədiyini bildirib.
Dövlət başçısı Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin olduğunu söyləyib.
“Dostluğumuz, doğrudan da nümunəvidir. Bütün bunlar bir çox məsələlərdə özünü göstərir. Xüsusilə də bugünkü fonda. Bizim həm iqtisadi, həm də mədəni əlaqələrimiz çox sıxdır. Gürcüstan və Azərbaycanın qarşılıqlı münasibəti və dostluğu dünyaya nümunə ola bilər”, - M.Kavelaşvili əlavə edib.
Prezident, həmçinin qeyd edib ki, Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır: “Biz istəyirik ki, bölgənin qarşısında duran problemlər mümkün qədər tez həll edilsin, regionda tam və uzunmüddətli sülh təmin olunsun”.