BAKI, 21 fevral. TELEQRAF

Fələstin hərəkatı HƏMAS 2023-cü ildə qaçırılmış bütün israilli girovları geri qaytarmadığı təqdirdə, məhv ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın girovlar üzrə xüsusi nümayəndəsi Adam Beler bildirib.

"Onların yerində olsaydım, hamısını azad edərdim, əks halda, dərhal tam məhv olma təhlükəsi yaranacaq", – o qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirmişdi ki, HƏMAS israilli girov Şiri Bibasın cəsədinin yerinə başqa bir qadının cəsədini göndərib.

O, bunu atəşkəs sazişinin kobud şəkildə pozulması kimi qiymətləndirib.