
BAKI, 21 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini tərifləyib.
Teleqraf xəbər verir ki, Kelloq "X" sosial şəbəkəsində Ukraynanın ali rəhbərliyi ilə danışıqlarda keçirdiyi günü uzun və gərgin adlandırıb.
“Müharibə şəraitində olan ölkənin təcrübəli və cəsarətli lideri olan Zelenski və onun milli təhlükəsizlik üzrə istedadlı komandası ilə geniş və müsbət müzakirələr apardıq”, - səfir yazıb.
Ukrayna prezidenti ilə ABŞ-nin xüsusi nümayəndəsi arasında görüş fevralın 20-də baş tutub.