BAKI, 21 fevral. TELEQRAF

İsrailin Nəqliyyat naziri Miri Regev Mərakeşə səfərini yarıçmıq qoyaraq, vətənə dönüb.

Teleqraf xəbər verir ki, nazirin bu addımı ölkəsində baş verən partlayışlarla bağlıdır.

Məlumatı ölkənin Kan rəsmi teleradio şirkəti yayıb.

O da qeyd olunur ki, HƏMAS-ın üzərinə götürdüyü terror aktlarından sonra Tel-əviv yaxınlığındakı hava limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.

***

01.43

HƏMAS İsraildə baş verən partlayışları "qisas" adlandırıb.

Teleqraf xəbər verir ki, məlumatı "The Times of Israel" nəşri HƏMAS-ın tərkibindəki "Tulkarem" təşkilatına istinadla yayıb.

Radikal təşkilatdan bildiriblər: "Təcavüzkar bizim torpaqlardan çıxmadığı müddətcə şəhirdlərin qisasının alınması labüddür. Bu, qələbə uğrunda mübarizədir".

***

01.35

Bütün İsrail ərazisində avtobus və qatarların hərəkəti dayandırılıb.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, ölkənin nəqliyyat nazirliyi bu barədə sərəncam verib.

Bunun terror təhlükəsi ilə əlaqələndirildiyi bildirilir.

***
00.31

Təl-Əvivin 50 kilometrliyində yerləşən Bat Yam şəhərində 3 avtobus partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

İlkin məlumata görə, avtobusların içərisinə partlayıcı qurğular yerləşdirilib.

Partlayışlar demək olar ki, eyni vaxtda baş verib. Hadisə nəticəsində zərər çəkən olmayıb.