BAKI, 21 fevral. TELEQRAF

Argentina Prezidenti Xavyer Miley amerikalı sahibkar İlon Maska zəncirli mişar hədiyyə edib.

Teleqraf xəbər verir ki, hadisə ABŞ-də mühafizəkarların bürokratiya ilə mübarizə mövzusunda keçirilən konfransında baş verib.

Tədbir konfransın rəsmi saytında canlı yayımlanıb.

Öz növbəsində Mask mişarı məmnuniyyətlə qəbul edib və daha sonra tamaşaçıların alqışları və gülüş sadəları altında səhnəyə qalxıb.

O aləti başı üzərində yelləyərək qışqırıb: “Bu zəncir bürokratiya ilə mübarizə üçündür! Zəncirli mişar!"

Video sosial şəbəkələrdə sürətlə yayılıb. Kadrlarda İlon Maskın əvvəlcə səhnə arxasında zəncirli mişarı yellədiyi, daha sonra onunla səhnəyə çıxdığı və Xavier Mileyin onu qarşıladığı görünür.