BAKI, 21 fevral. TELEQRAF

Ukraynanın təhlükəsizliyi təmin olunmasa, Avropada dayanıqlı sülhə nail olmaq mümkün deyil.

Teleqraf xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı belə deyib.

Trüdo hesab edir ki, münaqişəni həll etmək üçün aparılan istənilən müzakirədə Ukrayna masa arxasında təmsil olunmalıdır.