BAKI, 21 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.