BAKI, 21 fevral. TELEQRAF

İstanbulda hava şəraitinin kəskin dəyişməsi şəhəri iflic edib.

Teleqraf Türkiyə mətbatına istinadən xəbər verir ki, güclü qar yağması şəhərdə nəqliyyatın hərəkətini dayandırıb.

Bir çox maşınlar yolda qalıb. Hava şəraiti ilə əlaqdar əksər məktəblər bağlanıb. Bir çox təyyarə reysləri ləğv olunub.

Dövlət müəssisə və təşkilatlarında çalışan hamilə və 8 yaşınadək uşağı olan qadınlara işə gəlməməyə icazə verilib.

Əlil və veteranlar da belə havada işləməkdən azad olunub.