
BAKI, 21 fevral. TELEQRAF
Rusiyanın bir neçə regionunda metapnevmovirusun (Human MetaPneumoVirus – HMPV) yayılması müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
"Bu hal Sverdlovsk, Burayatiya və Altay bölgələrində qeydə alınıb. Virusun Çindən Rusiyaya gətirildiyi güman edilir. Xəstələnənlərin əksəriyyəti uşaqlardır; bu səbəbdən bir sıra məktəblər və uşaq bağçaları karantinə alınıb",- məlumatda deyilir.
Qeyd edək ki, metapnevmovirus qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib. Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib. Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə yarada da bilir.