BAKI, 21 fevral. TELEQRAF

"Volodimir Zelenski Ukraynada seçkilər keçirməyi istəmir, bu seçkilərdə o, məğlubiyyətə uğrayacaq".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

“Volodimir Zelenski döyüşlər başa çatmadan Ukraynada seçkilərin keçirilməsini rədd edib. Əgər ukraynalılar, həqiqətən, Zelenskinin tərəfdarı olsaydılar, o, seçkiləri keçirərdi. O bilir ki, böyük bir məğlubiyyətə uğrayacaq”,- o qeyd edib.