
BAKI, 21 fevral. TELEQRAF
Rusiyanın "Fakel" xalq teatrının rejissoru Aleksandr Kononov təyyarədə dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları xəbər verib.
Rejissor Moskvadan İrkutska uçurmuş.
"Aeroflot"a məxsus "Boeing 737" təyyarəsi 10 min metr hündürlükdə uçarkən pilotlar təcili həyəcan siqnalı elan ediblər. Buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub.
Məlum olub ki, bu şəxs A.Kononovdur. Ona edilən ilkin tibbi yardım fayda verməyib.
Pilotlar təyyarəni təcili Şeremetyevo hava limanına geri qaytarıblar.
Kononovu xilas etmək mümkün olmayıb.