
BAKI, 21 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin işçiləri bütün gecəni nadir torpaq metalları ilə bağlı sənədlər üzərində işləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri Ukraynadakı mənbələrə istinadən məlumat yayıb.
“Komanda dünən axşamdan səhərə qədər işləyib. Lakin ABŞ ilə imzalanması nəzərdə tutulan nadir torpaq elementlərinin istismarı üzrə saziş layihəsinin Ukraynanın maraqlarına uyğun təkmilləşdirildiyini söyləmək hələ tezdir”, - məlumatda qeyd olunur.