BAKI, 20 fevral. TELEQRAF

Braziliya Ukraynaya hərbçi göndərmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva deyib.

Onun sözlərinə görə, rəsmi Brazilia Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə yardım göstərməyi davam etdirmək niyyətindədir:

"Braziliya Ukraynaya qoşun göndərməyəcək. Braziliya yalnız sülh danışıqları üçün sülhməramlı missiya göndərəcək. Biz sülh üçün hər şeyə hazırıq. Düz 2 ildir ki, bunun uğrunda mübarizə aparırıq və Braziliya öz mövqeyini dəyişməyəcək", - dövlət başçısı söyləyib.