
BAKI, 21 fevral. TELEQRAF
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Mədəniyyət Nazirliyinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın mədəniyyət siyasəti və media" adlı maarifləndirici seminar keçirilib.
Teleqraf xəbər verir ki, seminarda Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva strateji kommunikasiyaların əsas prinsiplərindən danışıb.
"Mədəniyyət qurumları fəaliyyətini mediayaya düzgün çatdırmalıdır. Müasir dövrdə media və kommunikasiya vasitələri, rəqəmsal platformalar gündəlik fəaliyyətimizə çevrilib. Mədəniyyət qurumları koordinasiyanı əvvəllər əsasən ənənəvi media vasitələri ilə həyata keçirirdisə, hazırda rəqəmsal platformalar dövlət qurumlarına yeni üfüqlər açır. Bununla mədəni tədbirləri millyonlarla insana çatdırmaq imkanı əldə etmişik. Müasir metodlardan istifadə edilməlidir", - deyə Səidə Şəfiyeva qeyd edib.
S.Şəfiyeva seminarda ictimaiyyətlə ələqalərin fəaliyyət istiqamətləri haqqında da məlumat verib.
Qeyd edək ki, seminarda mədəniyyət nazirliyinin nümayəndələri də iştirak ediblər.
FOTO: Elnur Muxtar