
BAKI, 21 fevral. TELEQRAF
Bakıda qarlı, küləkli hava səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.
Bunu Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
"Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib", - məlumatda bildirilib.