BAKI, 21 fevral. TELEQRAF

2024-cü ildə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 298 audit yoxlaması həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Dövlət Qurumları İT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

İdarə rəisi qeyd edib ki, bunun 240-ı fərman, məktub və tapşırıqlar üzrə audit, 58-i isə Elektron Sənəd Dövriyyəsi (ESD) üzrə audit olub.