BAKI, 21 fevral. TELEQRAF

Dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı statistik göstəricilər, zərərsizləşdirilmiş kiberqruplaşmanın məlumatlarına əsasən ölkəmizdəki hədəflər və mübarizə vasitələri, lisenziyalı proqram təminatlarının alışı ilə bağlı çətinliklər müzakirə edilib.

Teleqraf xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Toplantıda dövlət qurumları əməkdaşlarına qarşı həyata keçirilən kibersimulyasiyanın nəticələri, təlim planları və sertifikatlaşdırma, informasiya təhlükəsizliyi siyasətləri kataloqu, informasiya təhlükəsizliyi risklər reyestri, dövlət informasiya ehtiyatlarında ilk "Bug bounty", Yeniliklər və planlar "İnformasiya Təhlükəsizliyi Təqvimi"ndə yeni yanaşma, əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul, "Ağıllı Şəhərlərdə Kibermüharibə”; haqqında danışıb.