BAKI, 21 fevral. TELEQRAF

Yasamal rayonunda yerləşən 167 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” və “Erkən nikah” mövzularında maarifləndirici tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə iştirak edən Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev narkomanlıq və onun yaratdığı təhlükələrdən, erkən nikahın səbəb olduğu problemlərdən danışıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib, neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir zamanı şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidləri ilə bağlı zəruri məlumatlar da verilib.

Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb.