
TBİLİSİ, 21 fevral. TELEQRAF
Ermənistan-Gürcüstan sərhədində birgə nəzarət-buraxılış məntəqəsinin açılması planlaşdırılır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu məsələ Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Abramyan və Gürcüstan səfiri Giorgi Şarvaşidze arasında keçirilmiş görüşdə müzakirə olunub.
Tərəflər fəaliyyətdə olan nəzarət-buraxılış məntəqələrinin modernləşdirilməsi, iki ölkənin gömrük orqanları arasında elektron məlumatların mübadiləsi sisteminin yaxşılaşdırılması məsələlərini də nəzərdən keçiriblər.
Görüşdə Gürcüstan ərazisi ilə elektron plomblu yük maşınlarının tranziti məsələsinə də toxunulub.