BAKI, 21 fevral. TELEQRAF

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir.

Teleqraf xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

Onun sözlərinə görə, bu qayda ilə paralel MITRE ATT&CK platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq. Bu kataloqda bütün mümkün risklər və onların həlli yollarından bəhs edən Azərbaycan dilli platforma olacaq

Tural Məmmədov eyni zamanda ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayınin 100-ə çatdığını vurğulayıb

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan "govaz.am" deyə saxta domen aşkarlanıb.