BAKI, 21 fevral. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi” və “Hərbi təhsil müəsisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında tədbir keçirilib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, tədbir "Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezidentin müvafiq sərəncamının icrası ilə əlaqədar keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra xalqımızın Unu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, Əməkdar müəllim, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, Xarici dil kafedrasının rəisi İlhamə xanım Məmmədova məruzə ilə çıxış ediblər.

Çıxış edənlər xalqın, millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirmiş və bunun müstəqilliyimizin başlıca amillərindən olan dilimizə ehtiramın göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulıb.

Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış maarifləndirmə videosu nümayiş etdirilib.