
BAKI, 14 fevral. TELEQRAF
Ukrayna Münhen Təhlükəsizlik Konfransında Rusiya nümayəndələri ilə danışıqlar aparmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bunu Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bəyan edib.
O vurğulayıb ki, Kiyev rəsmi mövqeyini yalnız Qərb tərəfdaşları ilə razılaşdırdıqdan sonra Moskva ilə dialoqu nəzərdə tutur.
“Ukrayna əvvəlcə Amerika ilə danışmalıdır. Avropa real və davamlı sülh üçün istənilən ciddi söhbətin iştirakçısı olmalıdır. Bundan sonra ruslarla danışıqlar masasında oturmaq olar”, - Litvin bildirib.