
BAKI, 10 fevral. TELEQRAF
ABŞ İranı təslim olmağa məcbur etmək üçün yeni bir müqavilə imzalamağı hədəfləyir, amma Tehran təzyiq altında danışıqlar aparmağa hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Prezident Donald Tramp İran xalqına qarşı maksimum təzyiq siyasətinə qayıdıb. Maraqlısı budur ki, o, İrana qarşı misilsiz təzyiq göstərilməsi barədə fərman imzalayarkən, danışıqlara hazır olduğunu da bəyan edir, çünki məqsədi bizi yanıltmaqdır. Niyə biz ABŞ ilə təzyiq altında danışıqlar aparmalıyıq? Hansı ağıllı insan təzyiq və təhdidlər altında danışıqlara razı olar? Onların bu danışıqlardakı məqsədi bizi təslim olmağa məcbur etməkdir. İran heç vaxt təslim olmayacaq”, - nazir qeyd edib.