Rusiyanın Kursk vilayətində raket hücumu təhlükəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə regional operativ qərargahın Telegram kanalı məlumat yayıb.

“Kursk bölgəsi: Raket təhlükəsi, evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin” - xəbərdalıqda bildirilir.