BAKI, 28 oktyabr. TELEQRAF
İşəgötürənlər əlçatan və keyfiyyətli qayğı sistemlərinə investisiya yatırılmasını təmin etməlidirlər. Buraya təlim, işə qəbul, bərabər əməkhaqqı, karyera yüksəlişi və ödənişli təcrübə proqramları daxildir.
Teleqraf xəbər verir ki, bunu BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional direktorunun müavini Elisa Fernandez Saenz VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən ssesiyada deyib.
"İşəgötürənlər və vətəndaş cəmiyyəti aztəminatlı və imkanları məhdud qadınların və qızların zəruri xidmətlərə çıxışını təmin etməli, qurumların öz öhdəliklərinə görə məsuliyyət daşımasına nail olmalıdırlar. BMT olaraq bizim də bütün bu səyləri əlaqələndirmək və hüquqların, eləcə də bərabər imkanların hər zaman mərkəzdə olmasını təmin etmək məsuliyyətimiz var. Gənc qadınların, qızların öz potensialı və müstəqil qərarvermə imkanları ilə tanınması, gücləndirilməsi çox vacibdir", - deyə BMT rəsmisi əlavə edib.