BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarına Fransaya səfər etməkdən çəkinməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“İnqilabları sevmirsinizsə, Fransaya getməyin. Məncə, fransızlar inqilab etməkdə inanılmaz dərəcədə bacarıqlıdırlar”, – ABŞ lideri deyib.
Trampın açıqlaması Fransada davam edən etiraz aksiyaları fonunda səslənib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl oktyabrın 17-də keçirilən etiraz aksiyalarının gözləniləndən daha geniş miqyas aldığını etiraf edib.
Makron bildirib ki, hakimiyyət nümayişlərin bu qədər geniş yayılacağını proqnozlaşdırmayıb və ictimai asayişin qorunması üçün kifayət qədər polis qüvvəsi səfərbər edilməyib.