BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ hakimiyyəti Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaların ləğvi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbəyə istinadla məlumat yayıb.

ABŞ rəsmisi Prezident Donald Tramp administrasiyasının fondun sanksiyaların ləğvi ilə bağlı müraciətini nəzərdən keçirdiyini təsdiqləyib.

Qeyd olunur ki, bu addım Ukraynada hərbi əməliyyatların dayandırılmasına və ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına yönələn səylərin bir hissəsidir.